Zülmətin ərşə çəkildiyi məmləkət

Baxış sayı: 
123
0  
0  

 

Bu məmləkətdə yaşamaq cəhənnəm əzabından başqa bir şey deyil. Eşitdiklərin, gördüklərin hamısı yalan və saxta. İçim özümü yandırır, elə ki, yazıram çölüm də özgəni. Axı, biz kimik? Hara gedirik? Hər gün, günün 24 saatı telekanalizasiyaların efirlərində mənəviyyatı korlayan, beyinləri zəhərləyən, eyni sözləri eşidib verilişlərə baxırsan. Vətənpərvərlik, mübarizlik və milli ruh hissləri öldürülür. Yeniyetmə və gənclər şou biznes əhlinin səviyyəsində yetişdirilir. Hərdən özümə sual edirəm. Görəsən bizlər nədən qurtulmuşuq? Torpaqlarımızın 20%-i erməni işğalında, 80 %-də ki, yerli icra başçılarının inhisarında. İşsizlik baş alıb gedir. Camaat kasıbçılıq içində çabalayır. İqtisadi, siyasi, sərbəst toplaşmaq kimi azadlıqlar yox. Başqa ölkələrdən fərqli olaraq bizlər hələ də sovetlər dövrünün eybəcər stroy tiplərindən xilas ola bilməmişik. Şəxsiyyətə pərəstiş, rəzillik, yaltaqlıq və pula sitayiş ictimai şura hakim kəsdirilib. Çirkin əməllərini ört-basdır etmək üçün müstəqil mətbuat sıradan çıxarılır. Azad fikirli, sağlam düşüncəli yazarlar söyülü, döyülü və şərlənərək həbsxanaya salınır. Sonradan utanıb çəkinmədən azad mətbuatdan, demokratiyadan və hüquqdan dəm vururlar. Keçmiş polis rəisi Cəbrayıl Vəliyev Saatlıya düz 8 il qənim kəsildi. Çapdı, taladı, yedi, amma doymadı getdi. İcra başçıları, polis rəisləri, prokuror və məhkəmə sədrləri yerlərdə özlərini kiçik padişahlar kimi aparırlar. İdarə və təşkilatlara, iaşə və ticarət obyektlərinə gəlir mənbəyi kimi baxan bu səlahiyyət sahibləri sadə insanları sınıdırıb özlərinə tabe etdirirlər. Deyin görüm – polis rəisi, prokuror, məhkəmə sədri və icra başçıları 130 – 150 manatla yaxud da ki, aldıqları əmək haqqı ilə bahalı maşınlara, torpaq sahələrinə, çox saylı obyektlərə, şəraitli mənzillərə, villalara sahiblənib zəngin həyat tərzi necə keçirə bilərlər? Bunun bir hesabını soran varmı? Düşüblər ancaq qara camaatın üzərinə. Cərimələr artırılır, cəzalar sərtləşdirilir. Yanacağın, elektrik enerjisinin, qazın və suyun qiymətləri qaldırılır. Əvvəllər camaatın başını torpaqlarla qatıb yaxa cırdıya çıxardan hakimiyyət rəsmiləri və yerli səlhaiyyət sahibləri indi də camaatın gününü bank və kredit təşkilatları ilə qara ediblər. Qanuna əsaslanmayan bu tipli soyğunçu işlərdə məhkəmə hakimləri də tərəf kimi öz şəxsi maraqlarından çıxış edirlər. Gecikmişkredit borcuna görə banklarla əlbir olan məhkəmə hakimləri vətəndaşların pensiya və maaşlarını son qəpiyinə qədər mənimsəyirlər. Bax beləcə sadə insaların çörək pullarını da əllərindən alınaraq dilənçiliyə sürüklənir. Nə yeyəcəkləri, necə yaşayacaqları bu səlahiyyət sahiblərin vecinə deyil. Hələ bu azmış kimi işığın, qazın və su pulunun ödənilməsini tələb edirlər. Göründüyü kimi vicdan hissi keçirmədən sadə insanların pulunu alıb, günlərini qara etməklə canlarını da alırlar. Səlahiyyət sahibləri tək insanlara qarşı deyil, eyni zamanda təbiətə də qənim kəsiliblər. Sıradan bir kimsənin ağaclara ziyan vurması bu onun üçün çox ciddi baş ağrısına çevrilir. Yüksək məbləğdə cərimələr, nə bilim ilaxır və sair. Lakin, bütün bunlar İmişlinin icra başçısı Vilyam kimilərə aid deyil. Bu adam rayonun mərkəzi küçələrində yol boyu əkilmiş tut ağaclarını qol-budaqlarını kəsdirib barama qurdlarına yedizidirir. Ağacları qırıb ətraf mühiti korlamaqla Vilyam özünün baramaçılıq biznesinin inkişaf etdirir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müfəttişləri də buna göz yumur. Bilirsiz nəyə görə? Çünki, icra başçıları və digər səlahiyyət sahibləri də nə istəsə onu edə bilər. Vay bu qara camaatın halına.

İlham Süleymanov

Загрузка...
Загрузка...