Zülfiyyə Zahid: "Qorxu içindəyik" - Eksklüziv

Bu gün Brüsselin hava limanında baş verən dəhşətli terror aktı Belçikada yaşayan azərbaycanlıları da təlaş içərisinə salıb.
Hazırda Brüsseldə mühacir həyatı yaşayan azərbaycanlı xanım Zülfiyyə Zahid musavat.com-a terrorla bağlı son durum haqqında bunları deyib: "Hazırda insanlar qorxu içərsindədirlər. Bütün metro stansiyaları bağlanıb. İnsanlardan bayıra çıxmamaları xahiş edilib. Vətəndaşlar bu partlayışların Belçikada tutulan Paris terrorunu törədən Əbdül Salamın tərəfdarları tərəfindən törədildiyini iddia edirlər. Çünki həbs edilən terrorçu Belçika polisinə deyib ki, məni Fransa təhvil verməyin, sizə önəmli məlumatlar verəcəm. Belçika tərəfi isə bununla razılaşmayıb. Ölənlərin hansı ölkənin vətəndaşları olduğu hələ açıqlanmayıb. Ona görə də, onların arasında azərbaycanlının olub-olmadığını deyə bilmərəm. İrəlidəki saatlarda bəlli olacaq".
Musavat.com