​Zülfiyyə Xanbabayevanın prodüserindən Meral Konrata cavab

 
 
Xəbər verdiyimiz kimi, türkiyəli aktrisa Meral Konrat xalq artisti Zülfiyyə Xanbabayevanın “Mənimsən” adlı klipində rol almasından danışıb.
 
Axşam.az-ın məlumatına görə, aktrisa bildirib ki, illər əvvəl onu “Təhminə 2” filiminin çəkilməsi adı ilə Azərbaycana dəvət edərək aldadıblar. Bu səbəbdən də Meral Konrat xalq artistləri Fəxrəddin Manafov və Zülfiyyə Xanbabayevadan inciyib.
Z.Xanbabayevanın prodüseri Nigar Hacızadə əməkdaşımızla söhbətində məsələyə münasibət bildirib:
 
“Biz sifarişçi idik. Filmdə rol alan Fəxrəddin Manafov və rejissor Ramiz Fətəliyevdən xahiş etdik. Onlar Meral Konratı hansı adla bura gətiriblər xəbərimiz yoxdur. Hadisədən neçə il keçib, niyə söhbəti qaldırırlar? Bunu Fəxrəddin Manafovdan və Ramiz bəydən soruşun”.
 
Qeyd edək M.Konrat bu haqda “Report”a müsahibəsində deyib.