​Zərdab rayon xəstəxanasında dövlət tərəfindən ayrılan dərmanları xəstələrə pulla satırlar-ŞİKAYƏT

 
RegionXəbərləri.com-un elektron poçtuna məktub göndərən Zərdab rayon Çallı kənd sakini Rəsulov İbrahim İbrahim oğlu  mətbuat vasitəsi ilə  Səhiyyə Naziri cənab Oktay Sirəliyevə müraciət edir.
 
Cənab Nazir!
Hər il dövlət büdcəsindən vəsait ayrılaraq müəyyən qrup xəstələrə pulsuz dərmanlar verilir.Məndə şəkər xəstəsi və 2 qrup əlil kimi bu qrupa aid  xəstələrdən biriyəm.Sentyabr ayının axırına qədər çətinliklədə olsa bəzi dərmanlari Zərdab rayon xəstəxanasından almışam,amma sentyabr ayından bu günə kimi dəfələrlə zərdab rayon xəstəxansına müraciət etsək də,deyirlər ki,dövlət vəsait ayırmır ona görədə səhiyyə nazirliyi rayon xəstəxanasına pulsuz dərman göndərmir. hətta oğlum köməklik üçün  rayonun  baş həkimi Ruslan Neymətova müraciət edərək ondan pulsuz dərmanların verilməsini xahiş edib.Baş həkim köməklik edə bilməyəcəyini deyib.  Oğlum səhiyyə nazirliyinə teleqram vuracam dedikdə isə baş həkim Ruslan Neymətov deyib ki,onsuzda bunları səhiyyə  naziri bilir get hara isteyirsən teleqram göndər.
Mən üç aydır pulsuz dərman ala bilədiyimə görə müalicəmin vaxtı gecikir.Çünki dərmanları məcbur olub  pensiyamla alıram.Aldığım pensiyanı isə ərzağıma güclə çatdırıram.Dərmanlarımı vaxtında qəbul etmədiyimə görə xəstəlik məni tamamıilə əldən salıb.Artıq yeriyə bilmirəm.                                                                                                   Cənab nazir mən bilmək istəyirəm mənim kimi xəstələrə pulsuz dərmanların verilməsi dayandırılıb ya yox?Əyər dayandırılıbsa mənim kimi xəstələrin sonu nec ə olacaq?Yox dövlət bu dərmanların verilməsi üçün sizin rəhbərlik etdiyiniz nazirliyə vəsait  ayırırsa sizdə bu dərmanları rayona göndərirsizsə niyə Zərdab rayon xəstəxanasından  şəkər xəstələri üçün ayrılan dərmanlar xəstələrə verilmir?.Xahiş edirəm mənim suallarımı cavablandırasınız.Cavabınızı gözləyirəm.
 
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq…

Загрузка...
Загрузка...