Zəngilanın işğalı günü ilə bağlı keçirilən tədbirlərə rayon deputatının qatılmamasının səbəbi bəlli oldu

 
 
Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü İmamverdi İsmayılovun səhhətində problem yaranıb.
 
“Ölkə.az”-ın əldə etdiyi məlumata görə, İ.İsmayılov bir neçə gün səhhətində yaranan problemlə əlaqədar müalicə olunmaq üçün xaricə gedib.
 
Hazırda da deputatın xarici ölkədə müalicə olunduğu deyilir.
 
Xatırladaq ki, bu gün bir sıra xəbər saytları İmamverdi İsmayılovun deputatı olduğu Zəngilan rayonunun ermənilər tərəfindən işğalı günü ilə əlaqədar keçirilən tədbirlərdən imtina etməsi ilə bağlı məlumatlar yayılıb. Həmin məlumatlarda deyilir ki, İmamverdi İsmayılov Zəngilanın işğalı günü ilə bağlı keçirilən tədbirlərə bilərəkdən qatılmayıb.