Zəlzələ İmişlini bu hala saldı

Bu gün İmişli rayonunda yeraltı təkanlar baş verib.

Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, ilk təkan səhər saatlarında, saat 08:49-da qeydə alınıb. 25 km dərinlikdə baş verən 5.6 maqnitudalı zəlzələ 4 bala yaxın hiss olunub.
İkinci yeraltı təkan 3.9 maqnitudada 22 km dərinlikdə olub.
Saat 11:51-də qeydə alınan üçüncü təkanın dərinliyi 28 km, maqnitudası 4.1 olub.
Zəlzələ yaşayış məntəqələrində 3 bala qədər hiss olunub. Təkanlar zamanı bəzi evlərin divarlarında çatlar əmələ gəlib.
Hurriyyet.org Region TV-yə istinadən xəbər verir ki, rayon ərazisində ciddi fəsadlar qeydə alınmayıb.
Hazırda rayon Fövqəladə Hallar Komissiyası tərəfindən araşdırma aparılır.