Əziz Yıldırım: “Əsəbləşdirməyin, 10 il də getmərəm”

"Fənərbaxça”nın prezidenti Əziz Yıldırım bu gün mətbuat konfransı keçirib.
 Turaninfo.az-ın  Türkiyə mətbuatına istinadən məlumatına görə, klub prezidenti son günlər baş məşqçi ilə olan problemlərdən danışıb. O, deyib ki, Pereyra ilə hələ bir illik də müqavilələri var: “Bir il vaxtımız var. Bu barədə baş məşqçi ilə söhbətlərimiz olacaq. Hələ mövsümün başa çatmasına 5 həftə var. Mən futbolçularıma güvənirəm. İnanıram ki, mövsümün sonunda çempion olacağıq”.
 Ə. Yıldırım dünən “Mərsin İdman Yurdu” ilə keçirilən qarşılaşmada azarkeşlərinin keçmiş baş məşqçi Ərsun Yanalı səsləmələrinin mənasız olduğunu dilə gətirib və onları bir növ hədələyib: “Dünən azarkeşlər “Ərsun Yanal” deyə bağırırdı. Klub prezidenti olduğum müddətdə o adam bir daha “Fənərbaxça”nın baş məşqçisi ola bilməz. Bunları edənlər “Fənərbaxça”nın əlehinə işləyən adamlardır. 18 ildir prezidentəm, bilirəm nə var, nə yox. Azərkeşlər məni əsəbləşdirməsinlər, 10 il daha prezident olaram”.

Загрузка...
Загрузка...