Əziz Sancar Türkiyəni ağlatdı – “Nobel mükafatımı verərəm...” - VİDEO

 
“Mən Amerikaya gələndə çox çətinliklər çəkdim. Mənim yaşadığım yerdə türk yox idi. ABŞ-a gələn gənclərin bu çətinliyi görmələrini istəmədim. Amerikalıların 90 faizi də Türkiyəni tanımır. Türk Evi üçün dövlətdən heç dəstək almadım. Öz cəhdlərim və millətin dəstəyi ilə 8 ildir istifadə edilir”.
 
Teleqraf.com-un xəbərinə görə, bunu Türkiyənin kimya üzrə Nobel mükafatçısı Əziz Sancar bildirib.
 
Kəşflərinin insan sağlamlığı və xərçəng üzərində faydalı olmasını arzu etdiyini qeyd edən professor Sancar həyatı boyu bir arzusuna çatmadığını qeyd edib.
 
İstanbuldakı Kristal Alma Festivalına videokonfransla qatılan Sancar suallara verdiyi bu cavabla izləyənlərin hüznlənməsinə səbəb olub:  “Nobeli, bütün elmi uğurlarımı, hər şeyimi Türkiyədə barış üçün verərdim.
 
Türkiyədə barış olsa, mən Nobeldən də, kəşflərimdən də vaz keçərəm. Məni həyatım boyu ən çox düşündürən, beynimi ən çox yoran bu məsələ olub. Həmişə düşünmüşəm ki, məmləkətimə necə barış gətirə bilərəm. 70 yaşım var, inşallah, mən həyatda ikən olar. Təəssüf ki, bir yolunu tapa bilməmişəm. Kaş ki, barışı görə bilsəydim. Bunun sevincini yaşayardım. Tək arzum budur. Vətən sevgim olmasaydı, indiki səviyyəyə çata bilməzdim. Çox çalışın, uşaqlarınıza həm çox çalışmağı, həm də Vətən sevgisini öyrədin”.
 
Aparıcının “Rol modeliniz kimdir?” sualına isə Sancar başı üzərindəki Atatürkün fotosunu nəzərdə tutaraq “Rol modelimi arxamda görürsünüz” cavabını verib.