Ziyalılar “Borçalı” Cəmiyyətinin fəaliyyətindən narazıdır

Musa Nəbioğlu: “"Borçalı" Cəmiyyəti, təəssüf ki, borçalıları öz ətrafında birləşdirə bilmədi”
 
Xaləddin İbrahimli: “Borçalının ciddi bir təşkilata ehtiyacı var”
 
Zümrüd Qurbanov: “Bu, bir xalqın taleyi ilə oynamaq deməkdir”
 
Əslən Borçalıdan olan ziyalıların və “Borçalı” İctimai Cəmiyyətinin təsisçilərinin qurumun fəaliyyətindən narazılığı bu gün də mediada və sosial şəbəkələrdə müxtəlif ziyalılar tərəfindən diskussiyalar şəklində davam etdirilir. Əməkdar Mədəniyyət İşçisi Musa Nəbioğlu da hazırda cəmiyyətin Borçalı insanlarının problem və qayğıları ilə maraqlanmadığını, yeniləşməyə, ciddi fəaliyyətə ehtiyacı olduğunu bildirib:Ziyalılar “Borçalı” Cəmiyyətinin fəaliyyətindən narazıdır
"Borçalı" İctimai Cəmiyyəti, təəssüf ki, borçalıları öz ətrafında birləşdirə, Borçalıda yaşayan soydaşlarımızın üzləşdikləri problemləri lazımi səviyyədə ictimailəşdirib, gündəmə gətirə bilmədi. "Borçalı" İctimai Cəmiyyətini bütün borçalıları öz ətrafında birləşdirə bilən, Borçalının və borçalıların mənafeyinin şəxsi maraqlardan üstün tutulduğu, qəlbində Borçalı sevgisi olan hər kəsin üz tuta biləcəyi, hər bir bir sağlam fikirə diqqət yetiriləcəyi ocaq - ictimai təşkilat kimi görmək istəyirəm”.
Ziyalılar “Borçalı” Cəmiyyətinin fəaliyyətindən narazıdırHazırda Türkiyədə yaşayan professor, politoloq Xaləddin İbrahimli də bu barədə öz fikirlərini belə ifadə edib: ““Borçalı” Cəmiyyətin fəaliyyəti ilə bağlı həmişə mənim ciddi niyyətlərim və arzularım olub. Bəlkə də gözləntilərim gerçəkliklərə adekvat olmayıb. Amma ora çox enerji sərf etmişəm. Borçalının ciddi bir təşkilata ehtiyacı var. Bu ehtiyac hər zaman var olub və olacaq”.
Gürcüstan parlamnetinin keçmiş deputatı Zümrüd Qurbanov isə hesab edir ki, “Borçalı” cəmiyyəti hazırda borçalılara problem yaratmaqla məşğuldur: ““Borçalı” Cəmiyyəti Borçalının problemləri ilə məşğul olan yox, Borçalıya problem yaradan cəmiyyətdir. İkincisi, mən çox təəssüf edirəm ki, müəyyən ambisiyalardan doğan bir qarşıdurma var. Bu qarşıdurmanı həll edəcək qabiliyyətdə olmayan adamlar heç vaxt bir xalqın adından danışmaq haqqına sahib Ziyalılar “Borçalı” Cəmiyyətinin fəaliyyətindən narazıdır deyillər. Güzəştə getməyi bacarmayan, xalqı naminə geri çəkilməyi bacarmayan adamlar bu cəmiyyətə rəhbərlik etməməlidirlər.
Üstəlik, mən “Borçalı” Cəmiyyətinin keçirdiyi təbdirlərin insan ölümü, yaralanma, keflilik, bıçaqlaşma ilə yadda qalmasını da istəmirəm. Cəmiyyətin adının separatizmlə anılmasını da istəmirəm. Mən nə bugünkü sədrə, nə də onun yerinə gəlmək istəyən qüvvələrə tərəf danışmıram. Sadəcə demək istəyirəm ki, əgər bunlara şərait yaratmısınzsa, bunlar olubsa, orda oturmaq haqqınız yoxdur. Bu, bir xalqın taleyi ilə oynamaq deməkdir”.