​Ziya Məmmədovun “Ağ ev”ə qolu kəsildi: nazirin Tramp ümidləri suya düşdü - ÖZƏL

 
Nəqliyyat naziri Ziya Məmmədovun Trampa bağlı ümidləri suya düşə bilər
 
Karyerasının qürub etdiyi bir zamanda oğlu, iş adamı Anar Məmmədovun dostu Trampın supergüc dövlətin prezidenti seçilməsi naziri ruhlandırmışdı.
 
Lakin gələn son xəbərlərə görə, mərkəzin təlimatı əsasında Məmmədovların Tramp çıxışının bağlanması qərara alınıb.
 
Onun Trampla əlaqələrinin inkişaf etdirilməsi və hakimiyyətdə yüksəlişi məqbul sayılmayıb. Nazirin həvəslənməsi isə sadəcə epizodik olub və Məmmədovların yenidən geri çəkiləcəyi gözlənilir.
 
Donald Trampın ABŞ-ın prezidenti seçilməsi nəqliyyat naziri Ziya Məmmədovu şad-xürrəm etmişdi. Məlumata görə, nazir sevincindən yerə göyə sığmırdı.
 
Əldə etdiyimiz bilgilərdə iddia edilir ki, Z.Məmmədov artıq mesaj alıb və ona bildirilib ki, rəsmi Bakının Tramp iqtidarı ilə münasibətlərində hər hansı roluna ehtiyac duyulmur. Əksinə, araya vasitəçi kimi girməyə cəhd etməsini yuxarılar bəyənmir və buna risk belə etməsin.
 
“Axırıncı aşırım”da deyildiyi kimi, Kərbəlayı ölməyib ki Abbasqaulu bəyin meyitini rəiyyət yerdən götürsün. Təqribən, buna bənzər situasiya yaranıb və hakim komanda daxilində qərarlar verildiyi söylənir. Bu müzakirələrdə Məmmədovların Trampa çıxan qolunun kəsilməsi nəzərdə tutulur.
 
 
O, yaxın çevrəsi ilə bu qələbəni qeyd edib. Sevincindən yeyib-içmək məclisi təşkil edən nazir oğlu Anar Məmmədovla bu bayramı toy-büsata çevirib.
 
Dünənə kimi Məmmədovlar ailəsi şənlik içində idi. Z.Məmmədovun yolunun vitse-prezidentliyə açıldığı da bildirilirdi. Xeyli vaxtdır ki vurulan və səlahiyyətləri itirilən nazir revanşa hazırlaşırdı.
 
Onun Tramp sayəsində hakimiyyətdə mövqelərini möhkəmləndirməsi və Bakı ilə Vaşinqton münasibətlərində vasitəçilik etməsi son dərəcə realdır və mümkün görünürdü.
 
Məmmədovlar dünənə qədər bütünlüklə hakimiyyətdən uzaqlaşdırılmışdı. Nazirin səlahiyyətləri azaldılmışdı, avtovağzal çökdürülmüşdü, Elton Məmmədov mandatsız qalmışdı, oğlu Aynar və nazir oğlu Anarın əvvəlki fəallığı nəzərə çarpmırdı.
 
Nazirliyin bəzi səlahiyyətləri alınaraq başqa qurumlara verilib, eyni zamanda tabeliyindəki bir sıra strukturlar onun tərkibindən çıxarılıb. Bu səlahiyyətlər hər dəfə azalanda nəqliyyat naziri Ziya Məmmədovun da işdən çıxarılacağı iddiaları gündəmi zəbt edib. Hələ ki nazirlə bağlı gözlənilən baş verməyib. Nazirin əlindən alınan səlahiyyətlərin isə uzun bir siyahısı var.

Загрузка...
Загрузка...