Ziya Məmmədov Ukraynada 100 milyonluq otel alıb - FOTOLAR

Ziya Məmmədov Ukraynada 100 milyonluq otel alıbNəqliyyat naziri “Mirotel”in bir hissəsini hansı həmkarına hədiyyə edib?
Nəqliyyat naziri Ziya Məmmədov Ukraynanın məşhur Truskavets kurort şəhərində dəyəri yüz milyonlarla dollar olan otel aldığı idida olunur.
Bu barədə aztoday.az-a Truskavets şəhərinə müalicə məqsədilə ilə gedib-gələn soydaşlarımız məlumat veriblər. Onların sözünə görə, Truskavetsin ən məşhur və bahalı istirahət məkanı azərbaycanlı oliqarxın aldığı “Mirotel” sayılır.
Soydaşlarımızın dediklərinə inansaq, Truskavetsdə hamı “Mirotel”in azərbaycanlı nazirə məxsus olduğunu bilir.
Məlumatda iddia olunur ki, son zamanlar Ziya Məmmədovun başını “qara buludlar” alan ərəfədə nəqliyyat naziri “Mirotel”in bir hissəsini nazir həmkarlarından birinə hədiyyə edərək vəziyyətdən çıxıb…
Azərbaycanlı nazir-oliqarxa məxsus otelin fotolarını təqdim edirik.