Ziya Məmmədov Cavid Qurbanovdan əvəz çıxdı - təfsilat

Bir müddət əvvəl Nəqliyyat Nazirliyinin dəstəyi ilə Bakıda 15-ci Yubiley Xəzər Beynəlxalq “Nəqliyyat, Tranzit və Logistika” sərgisi keçirildi. Nəqliyyat sahəsinə aid bütün qurumlara həmin tədbirdə iştirak etmək tapşırılsa da, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, “Azal”ın prezidenti Cahangir Əsgərov və “Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov tədbirdə görünməmişdi.
“Azadlıq”a daxil olan məlumatda bildirilirdi ki, onların tədbirə qatılmaması Ziya Məmmədovla bağlıdır. Indi Ziya Məmmədov eyni münasibəti Cavid Qurbanova göstərib. Nəqliyyat naziri Bakıda keçirilən Dəmir Yolları Əməkdaşlıq Təşkilatına üzv ölkələrin 44-cü sessiyasına qatılmayıb. Bildirilir ki, Ziya Məmmədov nəqliyyat naziri olaraq həmin tədbirdə iştirak etməliymiş. Lakin iddia olunur ki, Cavid Qurbanovun yuxarıda qeyd edilən sərgiyə qatılmadığına görə Ziya Məmmədov da bu tədbirdə işirak etməyib.