​Zina edən qadını belə cəzalandırdılar - FOTOLAR

İndoneziyada zina etdiyi iddia edilən qadın yaxalanaraq hər kəsin gözləri önündə cəzalandırılıb.
Publika.az xəbər verir ki, üzünə maska taxan bir nəfər tərəfindən qırmanclanan qadının görüntüləri dünyada əks-səda doğurub.
Ağ geyindikdən sonra cəza veriləcəyi sahəyə gətirilən qadın dizləri üzərinə çökdürülərək səsini çıxarmadan boyun əymək məcburiyyətində qoyulur.
Həmin gün zinaya görə 10 nəfər cəzalandırılıb. Qadın 100, digər zina törədən 9 kişiyə isə 8-18 qamçı vurulub.
Hadisə ilə bağlı açıqlama verən Baş prokuror Rivanli Azis bildirib ki, məhkumlar zina etdiklərini boyunlarına alıblar.
Azis deyib ki, zina edənlər arasında hamilə qadın olduqda, cəzası sonraya saxlanılır.
Uşağını dünyaya gətirdikdən sonra qamçılanır.

Загрузка...
Загрузка...