​Zimmerman Zabit Səmədova meydan oxudu-idmançımız cavabını verdi -VİDEO

 
 
Hollandiyalı idmançı Errol Zimmerman Azərbaycanın peşəkar kikboksçusu Zabit Səmədova meydan oxuyub.
 
Məlumata görə, döyüşçümüzlə üz-üzə gələcək Errol Zimmerman Instagram hesabında məşq zamanı çəkilən videosunu paylaşaq Zabitlə döyüşü səbirsizliklə gözlədiyini bildirib. Zabit isə öz növbəsində həmin videonu paylaşıb və "Səni gözləyəcəyəm" deyə qeyd yazıb.   
 
Qeyd edək ki, döyüş 23 avqustda baş tutacaq. Qarşıdurma Çeçenistanın birinci prezidenti Əhməd Kadırovun xatirəsinə həsr olunmuş peşəkar kikboksinq turniri çərçivəsində baş tutacaq.
 
Qeyd edək ki, Zabit Səmədovun rəqibi Errol Zimmerman indiyədən peşəkar rinqdə 137 döyüş keçirib və bunlardan 111-də qələbə qazanıb. O, heç bir döyüşünü bərabərliklə başa vurmayıb.
 
Zabit Səmədov isə son olaraq belçikalı rəqibi Fred Sinistranı Türkiyədə məğlub etmişdi. /Baku.ws/
 

Загрузка...
Загрузка...