​Zibilqarışdıranlar - MÜSAHİBƏ - FOTO

 
Təbiəti ən çox zibilləyən canlı insandır.  Bəzən insanlar daha yaxşı yaşamaq, daha çox yemək və daha gözəl görünmək üçün ətrafı daha çox zibilləməli olur. Əslində insanın əsl kimliyi tullantılarında təzahür edir. Bizim zibillərlə davranışımız necədirsə, bizim xarakterimiz də buna uyğundur.
 
Türkiyədə jurnalistika fakültəsinin Səlcuq adlı tələbəsi zibilliklərin sosioloji xüsusiyyətlərini araşdırmaqla məşğuldur. O, bu işilə bağlı "Hüriyyet" qəzetinin suallarnı cavablandırıb. Teleqraf.com müsahibəni təqdim edir.
 
- Necə oldu ki, zibilliyi eşələmək qərarına gəldiniz?
- Jurnalistikada təhsil alıram. Amma sosiologiya üzrə master dərəcə əldə etmək istəyirəm. Bizə "küçə nəzəriyyəsi" keçirilir. Bu nəzəriyyə məni zibillikləri araşdırmağa sövq etdi. Zibilliklərdə qeyri-adi əl işlərini aşkarlamaqla məşğulam.
 
- Zibilliyi eşələyərkən kənardakıların sizə münasibəti necə olur?
- İlk dəfə polis yaxınlaşıb mənə. Pivə qablarını topalayırdım. Qardaşım şəkillərimi çəkirdi. Polis "gənclər nə edirsiniz" deyə soruşdu. "Zibilləri araşdırıb, jurnal üçün yazı hazırlayıram" dedim. Polislər çox təəccübləndilər. İnanmadılar. Sonda "şüşələri yol kənarına qoymayın" deyib getdilər.
 
- Bəs mülki şəxslər sizə nə deyir?
- İstanbulla evdar qadınlar pencərədən bizə baxım "nə edirsiz" deyə sual edirlər. Cavabımızdan heç nə anlamasalar da "yaxşı-yaxşı işinizdə olun" deyib pəncərəni bağlayırlar. Bir dəfə zibillikdən əlcək tapmışdım. Bir qadın evindən daha təzə əlcəyi gətirib mənə verdi ki, o birini atım getsin. Hətta bizə evindən yemək gətirənlər olur. Dəmiryığanların ərazilərindəki zibillikləri eşələmək təhlükəlidir. Kağızyığanlar da bizi yaxına buraxmırlar.
 
 - Zibilliklərin sosial xəritəsi necədir?
- Hər şəhərin, hər qəsəbə və kəndin özünəməxsus zibillikləri var. Elə zibilliklər var ki, orada uşaq bezləri həddindən artıq çoxdur. Deməli, həmin yerlərdə uşaqları tualetə çox gec öyrədirlər.
 
-İyrənmirsiz?
- Ən pis iy verən zibillər evdən atılanlardı. Yəni yemək bişən evlərdən çıxan zibillər çox iyli olur. Əgər irgənsəm bu işi keyfiyyətli şəkildə araşdıra bilmərəm. 
- Gündə neçə zibilliyə baş çəkirsiz?
Bəzən bir məhəllədəki zibilliklər bir-birinə çox oxşar olur. Eyni küçədəki zibillikdə fərqli tullantılar olubsa, deməli orada hansısa iş yeri var, ya da kimsə evindən köçüb.
 
- Zibilliklərdə ən çox hansı məhsullara rast gəlirsiz?
- Yumurta və çörək.
 
- Zibilliklər arasında əsas hansı fərqlər var?
- Məsələn, Mododakı zibilliklərdə həddindən artıq viski qablarına rast gəlinir, amma Bağçılarda yox.  Bakırköydə pivə qabları, Beşiktaşda cinsi istəyi artıran həblər çox olur. Bağcılarda prizervativlərə rast gəlmək mümkün deyil. Bağçılarda quru baxla, Balatda isə ətli baxla çox olur.
 
Səlcuq deyir ki, zibillərin xüsusiyyəti aşağıdakı kimidir.
 
- Əgər zibilliyə atılmış alt paltarlarının rəngləri əsasən qara və qırmızıdırsa, deməli, həmin ərazidə yaşayanlar cinsi baxımdan aktivdirlər. Araq və ya pivə şüşələri çox olan zibilliklərin ətrafında yaşayanlar içki həvəskarlarıdır. Zibilliklərdə kağız, qəhvə qabları çoxdursa deməli bölgədə ziyalılar çoxdur.