Zeynəb Xanlarovanın gəlinini bölməyə aparan polis rəisi işdən çıxarıldı

Daxili işlər naziri Ramil Usubovun müvafiq əmri ilə bu gün Bakı şəhər Binəqədi rayon polis İdarəsi 5-ci Polis Bölməsinin rəisi Anar Şıxəliyev işdən çıxarılıb.
Velən məlumata görə ki, Anar Şıxəliyevin fəaliyyəti yoxlanılıb və o, işdə yol verdiyi nöqsanlara görə vəzifəsindən kənarlaşdırılıb.
Xatırladaq ki, bu günlərdə paytaxtın bir neçə bölmə rəislərinə daxili işlər naziri Ramil Usubovun əmri ilə xidməti fəaliyyətindəki nöqsanlara yol verdikləri üçün şiddətli töhmət verilib. Bu sırada Anar Şıxəliyevin də adı var.
Bundan əlavə, Anar Şıxəliyev bir neçə ay əvvəl millət vəkili Zeynab Xanlarovanın gəlini onun avtomobilinə yol vermədiyinə görə qalmaqalla sonunclanan hərəkətə yol vermişdi, bu yaxınlarda isə tanınmış istirahət məkanlarının birində qalmaqallı hadisə törətmişdi.
Onu da qeyd edək ki, Anar Şıxəliyev Sabirabadın keçmiş icra başçısı, mərhum Prezident Heydər Əliyevin sərəncamı ilə işdə yol verdiyi ciddi nöqsanlara görə vəzifəsindən bir il sonra çıxarılmış Vaqif Şıxəliyevin oğludur..