​Zeynəb Xanlarovadan sevindirici xəbər

 
Xalq artisti, korifey sənətkar Zeynəb Xanlarova konsert verəcək.
 
Axar.az xəbər verir ki, o, oktyabrın 23-də Rusiyanın Moskva şəhərində konsert proqramı ilə çıxış edəcək. SSRİ xalq artistinin bu konsertdə karyerası boyu səsləndirdiyi ən sevilən mahnılarını ifa edəcəyi bildirilir.
 
Qeyd edək ki, Zeynəb Xanlarova uzun müddətdir Azərbaycanda konsert vermir.