Zaxarova Türkiyə ilə yaxınlaşmanın Qarabağ münaqişəsinin həllinə təsiri barədə sualı cavablandırıb

“Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı müvafiq formatlar - Minsk qrupu, bizim Ermənistan və Azərbaycanla birbaşa dialoqumuz, Rusiya prezidentinin hər iki ölkə prezidentləri ilə keçirdiyi yüksək səviyyəli görüşlər mövcuddur".
 
APA-nın xəbərinə görə, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova “Rusiya-Türkiyə münasibətlərinin normallaşması Dağlıq Qarabağ münaqişəsinin həllinə necə töhfə verə bilər” sualına cavab olaraq bildirib.
 
“Lakin istənilən konstruktiv rolu alqışlayırıq”, - deyə M. Zaxarova qeyd edib.