Zaxarova Türkiyə ilə bağlı çağırış etdi

Türkiyə ilə münasibətləri bərpa etmək lazım yox, vacibdir.
 Axar.az RİA-ya istinadən xəbər verir ki, bu açıqlama ilə Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova çıxış edib.
 Xanım diplomat tərəfləri iki ölkə arasındakı münasibətlərin bərpasına çağırıb:
 “Dünən Rusiya Prezidenti Vladimir Putin münasibətlərin qaydaya salınması üçün hansı addımların atılmalı olduğu haqda danışdı. Rusiya təyyarəsinin Türkiyə tərəfindən vurulmasından sonra belə biz Türkiyə xalqını özümüzə dost hesab edirik”.