Zaur Kamal: “Bu qədər ilk övladım doğulanda sevinmişdim”

 
“Ölkə başçımız məni “Əməkdar mədəniyyət işçisi” adına layiq görüb. Sevincimin həddi-hüdudu yoxdur. Bu ada layiq olmağa çalışacağam”.
 
Musavat.com xəbər verir ki, bu sözləri “55” verilişində teleaparıcı Zaur Kamal “Əməkdar mədəniyyət işçisi” adına layiq görülməsi ilə bağlı təəssüratlarını bölüşərkən deyib: “
“Bu gün sevincimin həddi-hüdudu yoxdur. Radionun 90, televiziyanın 60 illiyi münasibəti ilə Azərbaycan prezidenti İlham Əliyev televiziya və radio işçilərinə fəxri adlar verib. Siyahı əlimdədir. Televiziyamızın xəbərlər proqramının baş aparıcılarından biri Aqşin Kamal mənə zəng edib dedi ki, dövlət başçısı sənə fəxri ad verdi. Mən - Gülməmmədov Zaur Kamal oğlu “Əməkdar mədəniyyət işçisi” adına layiq görüldüm . O vaxtlar ilk oğlum dünyaya gələndə belə sevinmişdim. Bu sevincimin həddi-hüdudu yoxdur. Dövlət başçımıza “Xəzər” televiziyasının adından təşəkkürümü bildirirəm, bu gözəl ada görə çox sağ olsun. 20 ildir ki, bu telekanalda və radioda çalışıram. Bu şərəfli adı doğruldacağam”.
 
Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev televiziya və radio işçilərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb. Fəxri ad alanlar arasında Nərgiz Cəlilova,  Xoşqədəm Hidayətqızı, Zaur kamal, Zaur Baxşəliyev, Nəsimi Nəbizadə və b. var.