“Zakir Həsənov şəhid anasının əlindən öpdü – VİDEO

Müdafiə naziri Zakir Həsənov dəfn mərasimində şəhid anasının əlindən öpüb.
Mərasim aprelin 11-də Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzində keçirilib.
Qeyd edək ki, 4 günlük müharibədə şəhid olan Mİ-24 helikopterinin pilotları - mayor Təbriz Musazadə, mayor Urfan Vəlizadə və baş leytenant Bəkir İsmayılov, həmçinin polkovnik-leytenant Murad Telman oğlu Mirzəyevlə vida mərasimi keçirilib. Şəhidlər II Fəxri Xiyabanda dəfn ediliblər.
Zakir Həsənovun şəhid anasına dərin sayğısı sosial şəbəkələrdə böyük rəğbətlə qarşılanıb.
// Aktual.az