Zahid Orucdan Səlim Müslümova müavin təklifi

"Qarabağ əlilləri üçün nəzərdə tutulan müavinətlər artırılmalıdır".
Publika.az xəbər verir ki, bu fikirləri Milli Məclisdə millət vəkili Zahid Oruc səsləndirib.
O, "Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2018-ci il büdcəsi haqqında" layihənin müzakirəsi zamanı deyib ki, I qrup Qarabağ əlili 401 manat, II qrup əlil isə təxminən 290 manat alır.
 
“Bu, bizim Qarabağ əlillərinə olan münasibətdir? Hesab edirəm ki, bu məbləğ artırılmalıdır”.
 
Z.Oruc Qarabağ əlillərindən birinin əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini təyin edilməsini təklif edib.
Millət vəkilinin fikrincə, Qarabağ əlillərinin problemləri ilə həmin şəxs məşğul olmalıdır.
Gülxar

Загрузка...
Загрузка...