“Zahid Oruc, sənə əlavə 5 dəqiqə də vaxt verirəm, danış!” - Oqtay Əsədov

 
 
 “Zahid Oruca əlavə 5 dəqiqə vaxt verin”
 
Turaninfo.Az gununsesi.info-ya istinadən xəbər verir ki, Milli Məclisin(MM) bu gün keçirilən iclasında “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il büdcəsi haqqında” qanun layihəsi müzakirəsi zamanı deputat Zahid Oruc çıxış üçün vaxt azlığından şikayətlənib.
 
Deputat çıxışı zamanı bildirib ki, çıxış üçün vaxt 10 dəqiqə nəzərdə tutulub, amma sonrdan 5 dəqiqəyə endirilib:
 
“Ona görə də mən geniş danışa bilmirəm. Müəyyən tezislərim var ki, onlara toxuna bilməyəcəm”.
 
Spiker Oqtay Əsədov isə Z.Oruca belə cavab verib: “Sənə əlavə 5 dəqiqə də vaxt verirəm. Danış”

Загрузка...
Загрузка...