​Yüz nəfərin ölümünə səbəb olan erməni ata və oğul həbs edildi - FOTOLAR

 
 
Taksiçilik fəaliyyəti ilə məşğul olan ermənistanlı ata və oğul Rusiya polisi tərəfindən həbs edilib.
 
Məlum olub ki, 53 yaşlı Vardan Karapetyan və onun 29 yaşlı oğlu Vaqan Karapetyan Rusiyada taksiçilik fəaliyyəti altında vətəndaşları soyurlar. Belə ki, avtomobillərinə əyləşən sərnişinə su və digər içkilər təklif edən ata və oğul tərkibində psixotrop dərman olan içkiləri sərnişinlərə veriblər. Bir az sonra yaddaşını itirən sərnişinlərin şəhərin kənarında pullarını, çantalarını, mobil telefonlarını oğurlayıb özünü isə yol qıraqlarında düşürüb qaçıblar.
 
 
 
Silsilə oğurluq edən ata və oğulun bu hərəkəti Rusiya polisinin gözündən yayınmayıb. Soyğunçuluğun qurbanı olanlardan biri də tanınmış radioaparıcı Artur Bitov olub.
 
 
 
Tanınmış aparıcı adı qəbul etdiyi dərmanlar səbəbindən dünyasını dəyişib. Onun meyiti bir neçə gün sonra parkda tapılıb. Rusiya polisinin bildirdiyinə görə indiyi kimi onlar 100 adamın ölümünə səbəb olublar.

Загрузка...
Загрузка...