​Yunker: Avropa Türkiyəyə dərs verməkdən çəkinməlidir

 
Avropa Komissiyası prezidenti Jan Klod Yunker Türkiyənin 3 milyon qaçqına qapılarını açdığını vurğulayaraq, Avropanın bu baxımdan Türkiyəyə dərs verməkdən çəkinməsi gərəkdiyini deyib.
 
Musavat.com-un məlumatına görə, Yunker “Euronews” kanalında Türkiyə-AB münasibətləri və mühacir böhranı haqqında fikirlərini bölüşüb.
 
“Türkiyə iordaniyalı və liviyalı mühacirlərə AB-dən daha çox diqqət ayırıb. AB üzvləri Türkiyəni tənqid edərkən bunları nəzərə alıb, daha diqqətli davranmalıdır. Türkiyə mühüm tərəfdaşımızdır. Bu, sadəcə qaçqın böhranı səbəbindən deyil, lakin Türkiyənin mühacirlərə göstərdiyi diqqət də danılmaz həqiqətdir”, – deyə Yunker qeyd edib.
 
Daha sonra AB-nin Türkiyə ilə dialoqu barədə danışan Yunker bunları deyib: “Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla tez-tez görüşlərimiz olur. Mən onu 17-18 ildir tanıyıram. O da məni tanıyır”.