Yunanıstanın baş nazirindən Türkiyəli həmkarına dəstək

 
 
Yunanıstan Baş naziri Aleksis Çipras İstanbuldakı terror aktına görə türkiyəli həmkarı Binəli Yıldırımla telefon əlaqəsi yaradaraq ona başsağlığı verib.
 
Əlaqə zamanı Çipras terror olayını şiddətli şəkildə qınayıb və türk xalqına dərin başsağlığı verdiyini bildirib:
 
“Yunanıstan olaraq terrorun mənbəyini qəti şəkildə lənətləyirik. Bu mənada Türkiyənin terrorla mübarizəsinə güclü şəkildə dəstək veririk”.
 
Yıldırım da öz növbəsində yunan həmkarına təşəkkürünü bildirib.

Загрузка...
Загрузка...