​Yunanıstan SOCAR-dan xahiş etdi...

Yunanıstanın Əmlakın Özəlləşdirilməsi Fondu (HRADF) Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) DESFA qaz operatorunun səhmlərinin 66 faizinin alınması ilə bağlı zəmanət məktubunun müddətinin daha bir ay uzadılmasınıı xahiş edib.
 
SOCAR-ın zəmanət məktubunun müddəti bu gün başa çatır və öz növbəsində, Azərbaycan şirkəti müddətin uzadılmasından əvvəl Yunanıstan tərəfindən yazılı zəmanət almağa çalışır.
 
Məlumata əsasən, danışıqlarda əsas maneə əldə olunan səhmlərin ümumi dəyəri məsələsidir.
 
Bu gün Yunanıstan tərəfinin SOCAR və SNAM şirkətlərinin nümayəndələri ilə xüsusi vacib görüş keçirəcəyi bildirilir.
 
Qeyd edək ki, DESFA-nın səhmlərinin əldə olunmasında SOCAR-dan əlavə, İtaliyanın SNAM şirkəti də maraqlıdır. Bununla belə, hər iki şirkət səhmlərin 66 faizi üçün müəyyən olunan 400 milyon avro qiymətini yüksək hesab edir.
 
Xatırladaq ki, SOCAR 2013-cü ildə DESFA-nın səhmlərinin əldə olunması üzrə tenderdə qalib gəlmişdi.