​Yunan nazirin "bacarırsız, gəlin alın" ultimatumuna sərt cavab: "Ecevit nə elədi? Getdi aldı, 2019-da da belə edəcəyik"

Baxış sayı: 
188

 
    
 
CHP lideri Kamal Kılıçdaroğlu Yunanıstana, onun müdafiə naziri Panos Kammenosa çox sərt xəbərdarlıq edib.
 
Mia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Kamal Kııçdaroğlu bir müddət əvvəl  "Yunanlar Ege dənizində Türkiyəyə məxsus 18 adanı işğal edib" bəyanatına Yunanıstan müdafiə nazirinin cavabına çox sərt reaksiya verib.
 
O, yunan nazirə çox açıq, prezident Ərdoğana isə adını çəkmədən sərt mesajlar ünvanlayıb:
 
"Bəli, Yunanıstan'ın Ege adalarının 18-ni işğal edib. Ya arkadaş (Ərdoğanı nəzərdə tutur-Mia.az), mənim hər söylədiyimə söz yetişdirisən, bir də bu 18 adayla bağlı bir cümlə qur. Cümlə daha qura bilmir. Əvəzində Yunanıstan müdafiə naziri mənə cavab verdi. "Gəl də al" deyir. 2019-da gələcəyəm, o adaların tamamını alacağam. Bunu niyə söyləyirəm?
 
Bir vaxtlar bunlar Kipr üçün də "Gəl də al" deyirdi. Rəhmətlik Ecevit nə elədi? Çıxdı və getdi aldı. Bitdi bu qədər".
 
Kılıçdaroğlu Ərdoğanın yunan nazirə qorxudan cavab belə verə bilmədiyini iddia edib:
 
"Hanı bəs sən dünya lideriydin?! Hanı qardaşım, bəs hər kəs önündə titrəyirdi? Süleyman Şah türbəsini öz topraqlarımızdan qaçırdıq. Kimsə mənə millilikdən danışmasın. Öz torpağını terror örgütünə buraxacaqsan, öz türbəni alıb qaçıracaqsan, sonra da qalxıb mənə "Mən milliyəm" deyəcəksən. Olmaz. Mən gərəkirsə, orada şəhid olaram, amma torpağımı qoruyaram. Vətənim üçün hər şeyi edərəm.
 
Egedə bizə məxsus 18 adada yunanlar hərbi birlikləri quracaq, mən bunu dilə gətirəcəyəm, səs isə bir cümlə ilə buna toxunmayacaqsan. Kimsən sən?! Bəs milli idin, niyə demədin Yunanıstan müdafiə nazirinə ki, "Sən Türkiyə Cumhuriyyəti dövlətinin ana müxalifət partiyasını təhdid edə bilməzsən". Niyə demədin?!".
 
Cebhe.info

Загрузка...
Загрузка...