Yunan gəmiləri Türkiyə sularına girməyə cəhd etdi

Baxış sayı: 
155
0  
0  

 
 
Türkiyə ilə Yunanıstan arasında hələ də mübahisə mövzusu olaraq qalan Kardak qayalıqlarında bu gün gərgin anlar yaşanıb.
Muxalifet.az xəbər verir ki, Yunanıstana məxsus təhlükəsizlik gəmisi və 8 balıqçı qayığı Türkiyə sularına daxil olmağa cəhd edib.
Lakin Türkiyə Sahil Mühafizə Xidməti bunun qarşısını alıb.
Əvvəlcə ərazidən uzaqlaşmaq istəməyən yunan gəmilərinə ingiliscə xəbərdarlıq edilib.
2 saat davam edən gərginlikdən sonra balıqçılar Kilimli adasına geri qayıdıblar.

Загрузка...
Загрузка...