​Yüksək vəzifəli məmurun qızını zorlayıb öldürdü

 
Almaniyada Avropa Komissiyasının yüksək vəzifəli məmurunun qızını zorlayıb, öldürən şəxs həbs olunub.
 
Turaninfo.az  "The Daily Telegraph" qəzetinə istinadən xəbər verir ki, Klemens Ladenburqerin qızı Mariyanın cəsədi Frayburqda aşkar edilib. Araşdırmalar zamanı qızın zorlanıb öldürüldüyü, daha sonra gölə atıldığı aydınlaşıb.
 
Polisdən verilən məlumatda Mariyanın 17 yaşlı əfqan əsilli miqrant tərəfindən qətlə yetirildiyi bildirilib. Həmin şəxs həbs olunub.

Загрузка...
Загрузка...