​“Yoxsulluq, işsizlik var... – Pul kütləsini artırmalıyıq” - Ziyad Səmədzadə

 
"İqtisadi fəallğı təmin etmək üçün pul kütləsini artırmalıyıq”
 
Politika.Az xəbər verir ki, bunu Milli Məclisin iclasında iqtisadi siyasət, sənaye və sahibklarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib.
 
Onun sözlərinə görə, 2017-ci il dövlət büdcəsində heç bir sosail layihə ixtisar olunmayıb: "İnvestisiyalar üçün də kifayət qədər vəsait ayrılmalıdır.
 
Məktəblərin tikintisi nəzərdə tutulur, çünki hələ də qəzalı məktəblər var. 2017-2018-ci illərdə bir dənə də olsun təmisiz məktəb qalmayacaq. hamısını tamamilə söküb yenisini tikəcəyik”.
 
Millət vəkili bildirib ki, dövlət büdcəsində təhsil, səhiyyə üçün kifayət qədər vəsait nəzrədə tutulub.
 
Bundan əlavə, o iqtisadi fəallığın artırılmasının vacibliyini söyləyib: "Təbii ki, yoxsulluq, işsizlik var. Bunun azaldırlması istiqamətində işlər görülür. Pensiyalar , əmək haqqı artmalıdır. Bunun üçün iqtisadi fəalllıq artırılmalıdır. İqtisadi fəallığın azaldılması nəzərə alıb təkcə dövlət deyil, özəl sektorun hesabına tikintinin canlandırılmasına nail olmalıyıq. Hazırda tikintidə çalışanların sayı 300 min nəfərdir”.
 
Ziyad Səmədzadə bank sektorundakı problemlərə də toxunub:
 
"Ən böyük problemlədən biri bank sektorunda problemdir. Ölkəyə indiyədək 200 mlrd. manatdan çox investisiya gəlib son 2 ildəki vəziyyət narahatlıq doğurur. 700 mln. manatdan çox kredit verilib ki, bu da ÜDM-in cəmi 1 %-ni təşkil edir. Pul kütləsini artırmalıyıq ki, iqtisadi fəallğı təmin edək.
Bankların real sektora dəstəyi üçün SKMF nümunə ola bilər”.

Загрузка...
Загрузка...