​“Yoxluğunu qəbul edə bilməyəcəyimiz bir əfsanə...”

Turaninfo.az Moderator.az-a istinadən xəbər verir ki, Türkiyədə yaşayan və çalışan azərbaycanlı aktrisa Məlahət Abbasova Türkiyənin tanınmış aktyoru Tarık Akının vəfatından çox kədərləndiyini bildirib.
 
Aktrisa sosial şəbəkədə aktyorun vəfatı ilə bağlı bunları paylaşıb:
 
“Sözün bitdiyi yer... Mənə görə Türk kinosunda ən yaraşıqlı, ən xarizmatik, ən hörmətli, yeri doldurulmayacaq, adının yaddaşlara həkk olunduğu, əsla unudulmayacaq bir əfasanəydi. Gedən cismidir, özü hər zaman qəlblərdə yaşayaacq. Məkanı cənnət olsun. Nur içində uyusun. Yoxluğunu qəbul edə bilməyəcəyimiz bir əfsanə...”
  
 
 
Qeyd edək ki, Türkiyənin tanınmış aktyoru, hələ gənc yaşlarında çəkildiyi “Hababam sınfı” filmindən daha çox tanıdığımız və sevdiyimiz  66 yaşlı Tarık Akan bu gün İstanbulda müalicə aldığı xəstəxanada vəfat edib. Aktyor uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkirdi.