​Yolu porno filmlərdən düşən, ancaq bunu gizlədən MƏŞHUR ULDUZLAR

Hollivud ulduzları uğur qazanmazdan əvvəlki həyatlarını mətbuatdan gizli saxlamağa çalışırlar. Lakin televiziyaların arxivləri bu sirlərin üstünü açmağa kifayət edir. Bu gün ən çox gəlir qazanan Silvestr Stallone, Ketrin Zeta Cons kimi aktyor və aktrisaların ilk dəfə pornoqrafik filmlərdə yer aldığını bilirdinizmi?
Publika.az sizə məşhurların mətbuatdan gizlətdiyi maraqlı hekayələrini təqdim edir:
Ketrin Zeta-Cons
İlk dəfə 21 yaşlı Ketrin aktrisa olmaq üçün müraciət etdiyi reklam agentliyindən təklif alır. Gənc aktrisa cazibədar bədən quruluşuna görə seçilir və elə ilk dəfədən "Min bir gecə" filminin baş rol ifaçısı olur. Şahzadə obrazı ilə ekranlara gələcək Ketrin bu uğura imza atmaq üçün filmdə çılpaq çəkilməli idi. Şərtləri qəbul edən Ketrin bu filmdən sonra rejissorların diqqətini cəlb edir və ona çoxsaylı film təklifləri gəlir. Hazırda 48 yaşlı aktrisa Hollivudun ən çox sevilən aktrisalarından biridir.
 
 
Silvester Stallone
Hər kəsin sevərək izlədiyi "Rembo" filminin qəhrəmanı 71 yaşlı Silvestr Stallone daha əvvəl də açıq-saçıq filmlərdə özünü sınamışdı. S.Stallone öz karyerasına pornoqrafik filmlərlə başlayıb. "Əyləncə gecəsi", "İtalyan ayğırı" və s. kimi pornoqrafik filmlərdə baş rola çəkilən aktyor bunu mətbuat nümayəndələrinə belə izah edib: "O vaxt mənim yemək almağa pulum olmayıb. Yaşadığım evin yiyəsi pulu vaxtında ödəmədiyim üçün məni evdən çıxartmışdı. Bilirsiz, insan ac olanda pul xətrinə nə desəniz edə bilər. Mən bu çəkilişlərdən 200 dollar almışdım. İndi mənə gülməli gəlsə də, o dövr üçün bu mənim ən yüksək qazancım idi."
 
 
Sibel Kekilli
"Taxt Oyunları"nda canlandırdığı Şai obrazı ilə tanınan 37 yaşlı aktrisa Sibel Kekilli açıq-saçıq səhnələri məharətlə ifa etməklə yanaşı, porno sahəsində olduqca peşəkar olduğunu deyib. Kekilli təxəllüsü ilə pornoqrafik filmlərdə çəkilən aktrisa bu hərəkətinə görə ailəsi tərəfindən evdən atılmışdı. Ailəsi onu övladlıqdan çıxardıqdan sonra Kekilli "KİV-də zorlama" adlı reportajla dünya mediasını bir-birinə qatmışdı.
 
 
Kameron Diaz
"Maska" filminin çəkilişlərindən təqribən 2 il əvvəl 19 yaşlı cazibədar aktrisa Kameron Diaz erotik filmdə baş rol ifaçısı olur. Həmin filmin çəkilişləri zamanı həqiqətən tərəf müqabili ilə cinsi əlaqəyə girən aktrisa bu anı unutmaq üçün ciddi müalicə alır. Aktrisa uzun müddət bu hadisəni unutmağa çalışır. Lakin filmin çoxsaylı baxış toplaması və hər yerdə yayımlanması ona unutmağa imkan vermir. Kameron həmin filmin çəkiliş heyətini məhkəməyə verərək filmin yayımdan qaldırılmasını tələb edir. Məhkəmə qərarı ilə sözügedən film yayımdan və saytlardan çıxarıldı. 45 yaşlı aktrisa bu gün ən çox izlənilənlər sırasındadır.
 
 
Ceymi Presli
Aktrisanın ilk filmi "Zəhərli sarmaşıq: Yoldan çıxardılma" olub. Erotik janrda olan filmə dəvət alan aktrisa ssenari ilə tanış olar-olmaz razılıq verib. O deyib ki, gələcək karyera üçün lap çılpaq şəkildə çəkilməyə belə razıdır. Nəticədə 40 yaşlı Presli indi ən çox gəlir qazanan aktrisalar sırasındadır və bu adımı ilə o kariyerasını zirvələrə apardı.
 
 
Sandra Ballok
Sandra Ballok da digərləri kimi səhnəyə ilk addımlarını erotik filmlərlə atıb. Sandra ofisiant işləyirdi və bu maaş təbii ki, onu qane etmirdi. Bu zaman bir kino-rejissor ona yaxşı məbləğ qarşısılığında pornoqrafik filmdə qısa bir rol təklif edir. Daha sonra ciddi kino səhnəsinə atılan Sandra özünə xüsusi işçilər tutmuşdu ki, bu günə qədər çəkildiyi bütün erotik filmləri mövcud mənbələrdən sildirsinlər. İlk dəfə qazanc əldə etmək üçün bu işə razılıq verən aktrisa, uzun illər qazancını da ilk səhvini aradan qaldırmaq üçün xərcləyib. O bütün lentləri öz evinin həyətində yandıraraq rahatlıq tapırdı.

Загрузка...
Загрузка...