​Yəməndə bazar bombalandı: 41 ölü, 75 yaralı

Yəmənin Hacca əyalətindəki bazara endirilən hava zərbələri nəticəsində 41 dinc sakin ölüb, 75 nəfər isə yaralanıb.
APA-nın verdiyi xəbərə görə, Mustaba rayonunda yerləşən bazara ümumilikdə üç zərbə endirilib. Yaralılar xəstəxanalara çatdırılıb.
Qeyd edək ki, Yəməndə üsyançı husilər, sabiq prezident Əli Abdulla Salehi dəstəkləyən ordu qüvvələri və Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın dəstəklədiyi hazırkı prezident Abd Rabbu Mənsur Hadiyə tabe olan qoşunlar arasında münaqişə davam etməkdədir.