Yəmən ordusu Zincibar şəhərini “Əl-Qaidə” terrorçularından azad edib

Yəmən ordusu Səudiyyə Ərəbistanının rəhbərliyik etdiyi koalisiya qüvvələrinin aviasiya dəstəyi ilə ölkənin cənubunda yerləşən Abyan əyalətinin inzibati mərkəzi Zincibarı “Əl-Qaidə” terrorçularından azad edib.
 APA-nın məlumatına görə, bu barədə “Sky News Arabia” telekanalı məlumat yayıb.
 Hazırda Zincibarın cənub ətrafında və şəhərdən 5 km uzaqlıqda yerləşən Əl-Kud qəsəbəsində hökumət qüvvələri ilə terrorçular arasında döyüş gedir. Zincibarda ən azı 25 terrorçu öldürülüb. Ordu isə 4 hərbçisini itirib.