Yıxıldığı 30 dollarlıq stula görə 220 min dollar təzminat aldı

Avstraliyanın Pert şəhərində İKEA şirkətinin stulundan yıxılan qadına 220 min dollar təzminat ödənilib. Turaninfo.az Musavat.com-a istinadən  xəbər verir ki, məlumatı “Daily Mail Australia” yayıb.
Qiyməti 30 dollar olan “Martin” markalı stul 2013-cü ildə yuxarı sinif müəlliminin altında sınıb. Nəticədə qadın dizindən ciddi zədə alıb.
İnsidentdən sonra müəllim məhkəməyə müraciət edib. Yerli təhsil şöbəsi dəyən zərərin ödənilməsini üzərinə götürüb.
Pert şəhər məhkəməsi qərar qəbul edib ki, bu markadan olan stullar pis layihələndirilib və cilalanmış döşəmələrdə istifadəyə yararsızdır.
Məhkəmə 218 min dollar təzminatın ödənilməsinə qərar verib.