​Yıldırımdan Dəmirdaşa tərs şillə: 'Diyarbəkirdə diri-diri yandırdığınız 5 vətəndaşımız haqqında danış'

 
HDP sədri Səlahəddin Dəmirdaş Almaniyada danışmaqdansa, Tanişıq, Altınişıq kəndlərində çıxış etsin.
 
Axar.az xəbər verir ki, bunu Türkiyə Baş naziri Binəli Yıldırım Səlahəddin Dəmirdaşın “PKK-nı terror qruplaşması olaraq qəbul etmirik” açıqlamasına münasibət bildirərkən deyib.
 
“HDP sədri Almaniyadan səslənir. PKK-nı terror qruplaşması olaraq qəbul etmədiklərini deyir. Sən Almaniyada danışmaqdansa, Tanişıq, Altınişıq kəndlərində çıxış et. Diyarbəkirdə diri-diri yandırdığınız 5 vətəndaşımız haqqında danış. Bu əsgərləri şəhid edən PKK deyilmi?”, - Yıldırım bildirib.
 
Qeyd edək ki, Dəmirdaş Almaniyanın “Südöççe” qəzetinə verdiyi müsahibəsində PKK-nı terror təşkilatı olaraq tanımadıqlarını bildirmişdi.