Yıldırım Abadini məhv etdi: “Tədbir görəcəyik”

 
Ən çox əziyyət çəkən ölkə olan Türkiyənin məsələyə müdaxiləsindən narahat olurlar.
 
Axar.az xəbər verir ki, bunu Türkiyənin Baş naziri Binəli Yıldırım İstanbul Texniki Universitetində yeni tədris ilinin başlanması münasibəti ilə təşkil olunan mərasimdə çıxış edərkən deyib. Yıldırımın sözlərinə görə, Suriya və İraqdakı xaos ən çox Türkiyəyə təsir edir:
 
“Bölgəyə fiziki və könül bağı olmayan ölkələr burda istədiklərini edir, region ölkələrinin səsi çıxmır. Ancaq proseslərdən ən çox əziyyət çəkən ölkə olan Türkiyə məsələyə müdaxilə edəndə narahat olurlar. Bunu deyənlər əvvəlcə öz ölkələrinə sahib çıxmağı bacarmalıdırlar. Öncə siz vətəndaşlarınıza sahib çıxın, yox olmanın qarşısını alın, dövlət olmağı öyrənin, sonra Türkiyəni tənqid edərsiniz. Orada fəaliyyət göstərən terrorçu təşkilatları qorumağa davam etsəniz, Türkiyə də hüdudlarını qorumaq üçün hər cür tədbir görəcək”.
 
Xatırladaq ki, İraqın Baş naziri Heydər Abadi Türkiyə ordusunun Mosul əməliyyatında iştirakına imkan verməyəcəklərini açıqlayıb. O, Başikadakı türk qüvvələrinə “yerindən tərpənməməyi” məsləhət görüb.