​Yəhudi özünü Peyğəmbərin məzarı yanında yandırdı - Gözlənilməz

Baxış sayı: 
224
0  
0  

 
 
Sentyabrın 26-da axşam saatlarında Qüdsdə(yəhudilər Yerusəlim adlandırır-S.L.) Davud peyğəmbərin məzarı yaxınlığında yəhudi olduğu bildirilən bir kişi üzərinə benzin tökərək özünü yandırıb.
 
Moderator.az İsrail mediasına istinadla yazır ki, kişi  ağır dərəcəli yanıq xəsarətləri ilə Xar-Tsofimdəki “Xadasa” xəstəxanasına çatdırılıb. Lakin həkimlər onun həyatını xilas edə bilməyiblər.
 
İntihar etmiş 54 yaşlı  yəhudinin şəxsiyyəti və onu bu addımı atmağa vadar edən səbəblər haqda hələlik heç bir məlumat verilmir. Hadisə ilə bağlı araşdırma aparılır.
 
Xatırladaq ki, yəhudilərin əsasən   “padşah Davud” adlandırdıqları Davud peyğəmbər Quranda adı çəkilərək müsəlmanların qəbul etdiyi,  Allah tərəfindən Zəbur adlı  müqəddəs Kitab nazil olunmuş, yəhudi dininin əsaslarını qoyan  peyğəmbərlərdəndir.

Загрузка...
Загрузка...