Yer üçün BÖYÜK TƏHLÜKƏ - ABŞ-ın yarısı məhv ola bilər

Baxış sayı: 
164
0  
0  

Seysmoloqlar Aydaxo ştatında qeydə alınan yeraltı təkanları məhz supervulkanın fəallığı ilə əlaqələndirirlər.
Alimlərin sözlərinə görə, ABŞ ərazisində yerləşən “Yelloustoun” supervulkanı oyanıb, vulkanın kalderasında qaynama kritik həddə çatıb.
Publika.az xəbər verir ki, bu barədə ABŞ-ın Geoloji Xidməti apardığı monitorinqlərin nəticəsi olaraq qeyd edir ki, mütəxəssislər Yelloustoun supervulkanı ətrafında baş verən zəlzələləri vulkanın oyanışı hesab edir. Daha əvvəl köhnə qeyzer vulkanı atmosferə böyük miqdarda buxar buraxmışdı.
Mütəxəssislər qeyd edirlər ki, geyzerin adət edilməmiş davranışı nəticəsində Yelloustoun supervulkanı müəyyən təkanlara məruz qalır. Bu da gələcəkdə güclü partlayışlara səbəb ola bilər.
Bundan başqa müşahidə olunan yüksək seysmiklik Yer kürəsində çayların qaynayıb daşmasına gətirib çıxaracaq.
Tədqiqatçıları narahat edən məsələlərdən biri də təkanların ard-arda artması olub. Əvvəl il ərzində cəmi 10 yeraltı təkan təsbit edilirdisə, son aylar ərzində seysmoloqlar minimum 3,3 bal gücündə müşahidə edilən 1104 təkan qeydə alıblar.
Xüsusilə, Koliforniya ştatında yerləşən Lonq Velli vulkanı ilə Yelloustounun eyni anda fəallaşması yalnız ABŞ-ın əhəmiyyətli ərazilərini məhv etməyəcək, eyni zamanda bütün, planet üzrə qlobal qəzaya səbəb ola bilər.

Загрузка...
Загрузка...