Yeni təhlükə yaxınlaşır: İlin ən soyuq fəslində şok temperature

 
Şimal qütbü üçün ilin ən soyuq fəslində normal temperaturun 3 dərəcə istiləşməsi qeydə alınıb.
 
Axar.az xəbər verir ki, Arktikada ən soyuq fəsildə orta temperaturun 3 dərəcə qalxması fövqəladə vəziyyət kimi qiymətləndirilir.
 
Arktikada ilin ən soyuq fəslində buzlaqlar böyüyürdüsə, hazırda əks proses gedir. Belə ki, aysberqlər yay fəsli bitəndən sonra donmayıb, əksinə, əriməkdə davam edir.
 
Qeyd edək ki, ABŞ alimlərinin hesablamalarına görə, 30 il öncə 12.7 milyon kvadrat kilometr olan buzlaq hazırda 11.1 milyon kvadrat kilometrə enib. 1 iyun 2016-cı il tarixdə Arktikada dəniz buzlaqlarının sahəsi 1,6 mln. kv/km azalmışdı.