Yeni Suriya və Qarabağda DƏHŞƏTLİ MÜHARİBƏ - Sensasiyalı Ermənistan PLANI ÜZƏ ÇIXDI

Baxış sayı: 
135
0  
0  

“Ermənistandakı hadisələrin arxasında böyük güclər var və mənim ən böyük qorxum, bu proseslərin Dağlıq Qarabağda toqquşmalara gətirib çıxaracağıdır”.
 
Publika.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının müxbir üzvü, geosiyasət üzrə ekspert Konstantin Sokolov Ermənistanda Paşinyanın rəhbərlik etdiyi xalq hərəkatını şərh edərkən deyib.
 
Sokolov iddia edir ki, prosesləri idarə edənlər Suriyadakı döyüşçülərə yeni “iş yeri” düzəldir.
 
“Mümkündür ki, muzdluları Ermənistana göndərə və böyük qan tökə bilərlər. Müxalifətin aksiyasının arxasında ciddi maliyyə və planlar var. Ermənistan mürəkkəb geosiyasi vəziyyətdədir. Bir tərəfdə Azərbaycanla müharibə, digər tərəfdə, 1915-ci il məsələsinə görə Türkiyə ilə pis münasibətlər var, qonşu Gürcüstan və İranla da əlaqələr ürəkaçan deyil”, - deyə o bildirib.
 
Sokolova görə, Qarabağda toqquşmalar başlayarsa, xarici güclər Suriyadan döyüşçüləri regiona transfer edə və regional toqquşmalar yarada bilərlər.

Загрузка...
Загрузка...