Yeni silahlarımız Ermənistanı VAHİMƏYƏ SALDI: İrəvandan Qarabağla bağlı SENSASİYALI BƏYANAT

Azərbaycan Ordusunun genişmiqyaslı təlimlərə başlaması Ermənistanda ciddi qorxuya səbəb olub.
 
Publika.az xəbər verir ki, Ermənistan mediası “Azərbaycan sürətli müharibəyə hazırlaşır” deyə yazır.
 
İrəvanın qorxuya düşməsinin səbəbi isə təlimlərdə Azərbaycanın silah arsenalına qatdığı Çexiya istehsalı olan “Dana” özüyeriyən artilleriya qurğularının da iştirak etməsidir.
 
“Özüyeriyən cəhənnəm”, yaxud da “Təkərlər üzərində yeriyən cəhənnəm” deyilən “Dana” artilleriya qurğuları dağıdıcı gücü ilə seçilir. Döyüş komplekti 60 mərmi olan bu qurğu 7 dəqiqə ərzində 30 mərmi atmaq qabiliyyətinə malikdir.
 
 
Çexiya 2018-ci ilə qədər 33 ədəd “Dana” artilleriya qurğusunu müasirləşdirilmiş formada Azərbaycana təhvil verməli idi. Lakin görünür, qurğuların bir qismi artıq vaxtından əvvəl Azərbaycana çatdırılıb. Ermənistanda təşviş yaradan da məhz silahların müəyyən hissəsinin vaxtından əvvəl çatdırılmasıdır.
 
Erməni siyasi şərhçi Sarkis Artsruni yazır ki, danışıqların nəticə vermədiyini görən Bakı ərazilərin azad olunması üçün müharibəyə hazırlaşır: “Əgər belə olmasaydı, “Dana”ların bir qismi vaxtından əvvəl alınmazdı. Görünür, güc variantı boş söz yox, real siyastdir”.
 
Azərbaycan Ordusunun 15 minlik canlı qüvvə ilə təlimə başladığı gün Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın İrəvanda erməni diasporu ilə görüşdə səsləndirdiyi fikirlər də diqqət çəkir.
 
 
Nalbandyan bildirib ki, danışıqlarda Qarabağətrafı ərazilərin Azərbaycana qaytarılması müzakirə olunur: “Detalları açıqlasam, onda gərək danışıqlar dayansın”.
 
Erməni nazirin bu açıqlaması ordumuzun keçirdiyi təlimlərin İrəvanda qorxu yaratması ilə üst-üstə düşür. Mümkündür ki, danışıqlarda ərazilərin qaytarılması məsələsi real olaraq müzakirə olunur.
 
Asif

Загрузка...
Загрузка...