​YENİ QAYDA: Villalara görə milyonlar ödəniləcək

 
Cari ildən Rusiyada mülkə görə ödənilən vergilər başqa qayda ilə hesablanacaq. Bu o deməkdir ki, Moskva və ətraf ərazilərdəki mülklərin qiymətləri artacaq. Bu hesablama sisteminə Moskva daxil olmaqla hələ ki 28 region keçib. Xüsusən də bu, dəbdəbəli ev sahiblərinin ciblərinə ziyan vuracaq. Yəni evin nə qədər böyükdürsə, dövlətə ödəyəcəyin vergi də bir o qədər çoxalacaq. Məsələn, məşhur rusiyalı teleaparıcı və yumorist Maksim Qalkinin Qryaz kəndində yerləşən sarayına görə 10 milyon dollar ödədiyi deyilir.
Publika.az-ın xəbərinə görə, rus saytlarından biri belə evlərin torpaq və ev vergisinin məşhurlara neçəyə başa gəldiyini araşdırıb.
Qalkinin bağ evi kəndin mərkəzində yerləşir. Sahəsi 2300 kvadrat metr olan saray 1 hektar torpaqda yerləşir. Saray 6 mərtəbə, bir yeraltı qaraj, böyük hovuz və ailə teatrından ibarətdir. Ərazidə köməkçilər üçün qonaq evi mövcuddur.
Belə tikilini saxlamaq asan deyil. Nəzərə alsaq ki, Qalkinin həyat yoldaşı Alla Puqaçova qastrol səfərlərindən hələ qayıtmayıb, deməli ailənin, iki dayənin və evdə işləyənlərin bütün xərcləri Maksimin üzərindədir. Bu kənddə bir hektar torpaq sahəsi üçün bir il ərzində 120 000 rubldan artıq vergi ödənilir.
Mülkün yəni sarayın vergisi isə ayrıca hesablanır. Burada iş qəlizləşir. Məsələ ondadır ki, Qryaz kəndində rəsmi qeydə alınmış evlərin ən böyüyü belə, Qalkinin sarayının yanından daxma kimi görünür. Və vergilərdə kəndə mövcud olan evlərə görə hesablanıb. Buna görə Maksimin sarayının vergi məbləği hansı meyarlara görə ölçüləcəyi sual altındadır. Amma qonşuların ödədiyi vergilərə nəzərən Maksim Və Alla cütlüyünün mülkünün vergisini hesablamağa cəhd edək.
Kəndəki kotteclərin kadastr dəyəri bir metri 17-33,5 rubl arasında dəyişir. Sahəsi 3000 kvadrat metr olan saray il ərzində təxminən 150 000-300 000 rubl ödəyəcək.
Torpaq sahəsi ilə birlikdə Maksim Qalkin mülkü üçün ildə 270 000- 420 000 rubl ödəməli olacaq. (4500-6900 dollar)
Necə deyərlər, dəbdəbəli yaşamaq üçün əlin cibində olmalıdır.

Загрузка...
Загрузка...