YENİ QAYDA: Bu yerlərdə tütündən istifadə qadağan olundu

Baxış sayı: 
143

Nazirlər Kabinetinin 2000-ci il 13 dekabr tarixli qərarı ilə təsdiq edilmiş "Təhlükəli yüklərin hava nəqliyyatı ilə daşınması Qaydaları”nda bir sıra dəyişikliklər edilib.
Publika.az xəbər verir ki, bu barədə qərarı baş nazir Artur Rasizadə imzalayıb.
Qərara əsasən hava gəmilərinə TAM-ın (tezalışan mayelərin) yüklənməsi yerlərinin yaxınlığında açıq oddan istifadə etmək və ya tütün çəkmək qəti qadağan edilib.
TAM-ın yükləmə meydançalarında, yaxşı görünən yerlərdə, hərflərinin hündürlüyü 75 mm-dən az olmayan, parlaq-qırmızı yazılı ağ lövhələr asılmalıdır: "Tezalışan maye"; "Açıq odla və fənərlə yaxınlaşmamalı"; "Tütün çəkmək qadağandır"; "Yanğın vaxtı bu telefona zəng etməli".
Digər dəyişikliyə əsasən 4-cü sinifdən olan təhlükəli yüklərin saxlanıldığı yerlərdə tütün çəkmək qadağan edilib.

Загрузка...
Загрузка...