Yeni nazirdən daha 4 təyinat - ASAN-dan transferlər

Baxış sayı: 
143
0  
0  

 
 
Kənd Təsərrüfatı Nazirliyinə daha 4 təyinat olub.
 
Teelqraf.com-un əldə etdiyi məlumata görə, 3 saylı Bakı Asan Xidmət mərkəzinin direktoru Seymur Mövlayev, 5 saylı Bakı Asan Xidmət mərkəzinin direktoru Adil Qasımov, ASAN Xidmətin İnsan resursları və təlim şöbəsinin müdiri Elvin Paşayev, Nəzarət və qiymətləndirmə şöbəsinin müdiri Aqil Quliyev Kənd Təsərrüfatı Nazirliyinə təyinat alıblar.
 
***
 
Kənd Təsərrüfatı Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinə yeni rəhbər təyin edilib.
 
Teleqraf.com xəbər verir ki, bu vəzifəyə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsinin rəhbəri Anar Hüseynov təyin edilib.
 
Anar Hüseynov təyinat barədə xəbəri Teleqraf.com-a təsdiq edib:
 
“Artıq Kənd Təsərrüfatı Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinə rəhbər vəzifəsində çalışacağam”.
 

Загрузка...
Загрузка...