“Yeni maarifləndirici ideyalarla döyüşkənliyimizi göstərməliyik”- 60 yaşlı Elçin Şıxlı

 
 
 
 
 
Bu gün çağdaş Azərbaycan jurnalistikasının ən peşəkar simalarından olan Elçin Şıxlının 60 yaşı tamam oldu. Elçin Şıxlı uzun illər rəhbərlik etdiyi “Ayna”-“Zerkalo” qəzetləri ilə bir neçə peşəkar jurnalist nəslinin yetişməsinə səbəb oldu.
 
O, həmçinin, 2006-cı ildən Azərbaycan Jurnalistlər Birliyinin sədridir.
 
Elçin Şıxlı Moderator.az-a açıqlamasında ad günü təəssüratı ilə yanaşı gələcək fəaliyyətindəki planlarından da danışıb:
 
“Hələ ki, konkret nəsə barədə düşünmürəm. İdeyalar çoxdu. Lakin təəssüf ki, müəyyən məqamlar var ki, onların nəticəsində bu ideyaları həyata keçirə bilmirik. Fikrimizdə qalırıq ki, peşəkar jurnalistikanı inkişaf etdirək. Yəni, jurnalistika daha peşəkar, daha savadlı, yaxşı mənada döyüşkən olmalıdı. “Döyüşkən” deməkdə onu nəzərdə tutmuram ki, kimsə əlinə daş-kəsək alıb kimləsə dava etməlidir. Yəni, öz sahəsində yazdığı ilə yeni maarifləndirici ideyalarla döyüşkənliyimizi göstərməliyik, bununla da cəmiyyətimizi maarifləndirməliyik”.
 
Elçin Şıxlı bir ildir ki, təsis etdiyi Ayna.az saytının gələcək fəaliyyətinə də toxunub:
 
“ Formatımızı elə seçmişik ki, orada ancaq müəllif yazılarına yer verilir. Çalışacağıq ki, dairə 4-5 daimi müəlliflə məhdudlaşmasın. Cavanları da bu işə cəlb etmək istəyirik. İstəyirik ki, cavan yazarlarımız da öz fikirlərini. mövqelərini gözəl müəllif yazılarında ifadə edə bilsinlər. Ayna.az-ı xəbər –informasiya istiqamətində yox, bir düşüncə məkanı kimi genişləndirmək istəyirik”.
 
Elmin Nuri

Загрузка...
Загрузка...