Yeni “iPhone SE”-nin təqdimatı keçirilib

“Apple” bu gün keçirdiyi tədbirdə yeni “iPhone SE” modelini təqdim edib.
Trend İnterfaks-a istinadən xəbər verir ki, yeni modelnin ekran böyüklüyü “iPhone 4”lə eyni ölçüdədir. 16 gb-lık modelin 399, 64 gb-lık model isə 499 dollardır.
Bu modellərdə əsas diqqət batareya xüsusiyyətlərinə yönəlib.
“iPhone SE” gözlənildiyi kimi “iPhone 5” i xatırlatsa da, ancaq xüsusiyyətləri “iPhone 6s”ə yaxındır. Yeni modelin 31 martda satışa çıxarılacağı deyilir.