Yeni il hədiyyələri ilə bağlı ÖNƏMLİ XƏBƏRDARLIQ: Bu detala diqqət edin!

Baxış sayı: 
164

"Bəzən Yeni il hədiyyə qutularının üstündə tarix qoyulur, lakin bu heç də qutunun içərisindəki qidalara şamil olunmalmalıdır. Bu tarix əsasında uşaqlara həmin hədiyyə qutularındakı qidaları vermək risklidir. Ona görə də vətəndaşlar hədiyyə alarkən diqqətli olmalıdırlar".
Publika.az xəbər verir ki, bunu Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor əvəzi İmran Abdullayev deyib.
Onun sözlərinə görə, ötən illər ərzində hədiyyə qutularının üzərində istifadə müddəti bitmiş məhsulların satışı qeydə alınıb:
"Əvvəllər köhnə şirniyyatların qutulara yığılıb satılması baş verirdi. Amma indi sahibkarlıq fəaliyyətinin yoxlanılması dayandırıldığından qutularla bağlı yoxlamalar apara bilmirik. Dəqiq deyə bilmərik, bu hallar hələ də davam edir, ya yox. Biz müraciət olmadan yoxlama apara bilmirik, ona görə də gərək bizə bu mövzuda şikayət daxil olunsun ki, araşdırma aparaq".
İ.Abdullayev bildirib ki, bu ilin sonundan qida təhlükəsizliyi məsələsinə RGEM deyil, yeni yaradılan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edəcək.
Könül Cəfərli

Загрузка...
Загрузка...