“Yeni hökumət kabineti yaratmaqdan imtina edirəm”- Fətəli Xan Xoyskinin müsahibəsi

Baxış sayı: 
155

 
 
Moderator.az modern.az-a istinadən  Cümhuriyyət fədaisi Fətəli Xan Xoyski ilə bağlı bir neçə maraqlı faktı təqdim edir.
 
Cümhuriyyət parlamentinin xahişi ilə yenidən hökumət kabinəsinin başına keçən Xoyski  “Azərbaycan” qəzetinin  müxbirinə müsahibə verir. Müsahibədə yeni  kabinet quruculuğu barəsində danışır:
 
Araşdırmaçı Lətif Babayevə istinad edərək, həmin müsahibədən bir hissəni oxuculara təqdim edirik:
 
Fətəli Xan Xoyski: - Biz ağır dövr yaşayırıq. Qarşıda yeni həyat formaları yaratmaq kimi nəhəng işlər durur və bunun üçün bəzən partiya mənsubiyyətindən, bu və ya digər millətin nümayəndəsi olmasından asılı olmayaraq respublikanın bütün qüvvələrini səfərbər etmək lazımdır. Mən bu niyyətlərlə mümkün namizədlərlə danışıqlara başlamışam. Danışıqlar iki gündür davam edir və mən belə bir kədərli faktı deməyə məcburam ki, parlamentin mənim üzərimə qoyduğu vəzifəni yerinə yetirəcəyimə ümid çox azdır. Mən kabinet yaratmaqdan imtina edəcəyəm.
 
Müxbir: - İcazə verin öyrənək, hansı səbəblərə görə?
F.X.Xoyski: - Səbəblər çoxdur, ən başlıcası, maraqların və tələblərin son dərəcədə ziddiyyətli olmasıdır ki, mən bunları razılaşdırmağın mümkün olacağını görürəm.
 
Müxbir: - Milli, yaxud partiya xarakterli tələblər və maraqlar?
F.X. Xoyski: -  Daha çox şəxsi.
 
Müxbir: - Danışıqların nəticələri nə vaxt aydınlaşa bilər?
F.X. Xoyski: -  Bu gün, yaxud sabah. Ancaq təkrar edirəm, mən danışıqların nəticələrinə hədsiz pessimistcəsinə yanaşıram.
 
Müxbir - Onda çıxılmaz vəziyyət yaranır. Əgər Siz, parlament fraksiyalarının etimadını qazanmış şəxs bu vəzifənin öhdəsindən gələ bilmirsinizsə, bunu başqası heç bacarmaz.
F.Xoyski: - Nəyə görə, bəlkə başqası bacaracaqdır. Hər bir siyasi xadimin öz prinsipləri və öz dünyagörüşü var. Mənim dünyagörüşüm kabinet yaratmaqda qarşılaşdığım ziddiyətləri razılaşdırmağa imkan vermir, ancaq ola bilər ki, başqası kəskin ucları yumşaldar və barışıq xəttini tapar. Mən bütün son gücümü toplamağa və vətənin rifahı naminə verməyə hazır olduğumu demişəm, ancaq elə hədlər var ki, mən heç vaxt adlayıb keçə bilmərəm”.
 
(“Azərbaycan” qəzeti 1918, 22 dekabr).
 

Загрузка...
Загрузка...